Şou

Damla köməkçisi Şamillə sevgilidir? - "7 ildir bir yerdəyik..."

Damla köməkçisi Şamillə sevgilidir? -
Müğənni Damla Lent.az saytının canlı yayımında qonaq olub.

 
Kanal14.az xəbər verir ki, canlı yayım zamanı Damla şəxsi həyatından danışıb. Prodüseri Şamillə sevgili olub olmadıqları məsələsinə aydınlıq gətirib:

"7 ildir artıq Şamilnən bir yerdəyik. 3-4ay məsafə olmuşdu aramızda. Moskvada da neçə ay ancaq Şamilin üzün görürdüm. Əslində böyük sevgilər ya nifrətlə ya da dostluqla başlayır. Mən o qədər demişəm ki, olmaz, ola bilməz amma vaxtı zamanı gəlib həmin şeyləri yaşamışam. Ona görə qorxuram nəsə deməkdən ki, vaxtı gələr sözümü danaram. Amma hələki müğənni prodüser münasibətlərimiz var".