Şou

İyunun 3-də toyu olacaqmış...

İyunun 3-də toyu olacaqmış...
Xalq artisti Mələkxanım Əyyubovanın rəssam qızı Nəzrinin toyu təxirə düşüb.

Axşam.az xəbər verir ki, ötən il nişanlanan Nəzrinin toyu iyunun 3-nə planlaşdırılıbmış. Koronavirus infeksiyasına görə tətbiq edilən karantin rejiminə görə toyun tarixi məlum olmayan vaxta qədər uzadılıb.

Bu haqda M.Əyyubova və Nəzrin "Zaurla Günaydın" proqramında qonaq olan zaman deyilib. Aparıcı Günay Baxşəliyeva "İyunun 3-də toy olacaqdı. Biz də toya hazırlaşırdıq, təxirə salındı" deyə, söyləyib.

Qeyd edək ki, xanəndə bundan əvvəl toyun apreldə olacağını söyləmişdi.