Cem Yılmaz ilk dəfə sevgilisi ilə foto paylaşdı
Yumor ustası Cem Yılmaz ilk dəfə aktrisa sevgilisi Serenay Sarıkaya ilə foto yayımlayıb.
Kanal14.az xarici KİV-ə istinadən xəbər veir ki, uzun müddətdir eşq taşayan cütlük münasibətlərini gizli saxlayıb. Onlar birlikdə görüntülənməmək üçün dəfələrlə mediadan qaçmağa çalışıblar.
O, Sarıkaya ilə birlikdə olan şəklinə "Şəhərin səs-küyündən uzaqda, təbiətin bizə bəxş etdikləri... Satıb başladıq, bir "xeyirli olsun" sözünüzü alaq" şərhini yazıb.
Cütlük birlikdə biznes qurmaq qərarına gəlib. Onlar restoran açmağı planlaşdırır.