kanal14.az
kanal14.az

Azərbaycanlı müğənni özünü media maqnatı elan etdi

Azərbaycanlı müğənni özünü media maqnatı elan etdi
20-05-2020, 16:40 19 dəfə baxılıb

Azərbaycanlı müğənni özünü media maqnatı elan etdi + Video

Müğənni Afət Fərmanqızı son açıqlaması ilə gündəmə gəlib.

Kanal14.az Yenisabah.az-a istinadən xəbər verir ki, sosial şəbəkədə görüntülərini paylaşan ifaçı saytlarının fəaliyyətə başladığını bildirib və "media maqnatı” olduğunu deyib: "Üzümü media nümayəndələrinə tuturam, çox sağ olun sayıb-seçirsiniz, zəng edirsiniz, hətta evimə gəlib çəkilişlər etmək istəyirsiniz. Mən sizlərə bildirmək istəyirəm ki, mən özüm də artıq media maqnatıyam. Dörd saytım fəaliyyət göstərir, buna mənim savadım da çatır. Ona görə də müsahibələrimi öz saytımda yayımlamağı düşünürəm. Yəqin ki, bu fikirlərimə hörmətlə yanaşıb, anlayışla qarşılayarasınız”. 

Qeyd edək ki, ifaçı son vaxtlar Xalq artisti Flora Kərimova ilə arasında olan qalmaqalla gündəmə gəlir. 







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA