Şou

Brilliant Dadaşova ilə Afaq Gəncəli arasında nə baş verib?

Brilliant Dadaşova ilə Afaq Gəncəli arasında nə baş verib?
Xalq artisti Brilliant Dadaşova ilə aparıcı Afaq Gəncəlinin küsülü olduğu ortaya çıxıb.

Kanal14.az axşam.az-a istinadən xəbər verir ki, müğənni bu haqda Tarix Əliyevin "Tolik ilə səmimi" proqramında deyib. Dadaşova bildirib ki, hazırda aparıcı ilə danışmamaqlarının səbəbi "ATV maqazin onlarla" verilişində yayımlanan sujet olub:

 

"Mənim qədər şər-böhtana məruz qalan ikinci şəxs yoxdur. Maqazin verilişlərində başqa müsahibə vermişəm, fərqli təqdim ediblər. Bir dəfə də oğlum bacım nəvəsi ilə foto çəkdirdi. Götürüb onu xəbər etdilər ki, oğlu evlənib. Doymuşam böhtanlardan. Düşündüm ki, mənə ediblər, indi də uşağıma edirlər?".

B.Dadaşova daha sonra mərhum Xalq artisti İlhamə Quliyevadan bəhs edib:

"İlhamə Quliyeva haqq dünyada ola bilməz. O, nahaq dünyadadır. Çünki çox nahaq hərəkətlər edib. O və ətrafındakılar adımı tanımadığım insanlarla bir çəkdilər. Ömrümdə kəlmə kəsmədiyim, tanımadığım adamlarla... Sosial şəbəkədə xaricdə oturan biri adımı din xadimi ilə və Hacı Məmmədovla hallandırdı. Özü də yazıb ki, 3 ildir. Girdim ona qarğış yazdım: əgər onla kəlmə kəsmişəmsə, Allah mənə, sən yaland eyirsənsə, sənə lənət olsun. Səhəri həmin adam Ukraynada həbs edildi".