Şou

Sağ olsamda yoldaşıma yeni həyat yoldaşı axtarırdım — Azərbaycanlı aparıcıdan ETİRAF- VİDEO

Sağ olsamda yoldaşıma yeni həyat yoldaşı axtarırdım — Azərbaycanlı aparıcıdan ETİRAF- VİDEO
Teleaparıcı Zümrüd Qasımova səmimi etiraf edib.
O, ATV kanalında yayımlanan "Bizimləsən” verilişində qonaq olarkən 9 il əvvəl keçirdiyi ağır xəstəliyindən söz açıb. Aparıcı o illərdə keçirdiyi çətin günlərindən danışıb.

"Mənim seçimim vardı ki, ana olum. Ancaq mən buna razı olmadım. Çünki, mənim xəstəliyim elə bir xəstəlik idi ki, irsi ona keçə bilərdi. Necə ki, mən bu xəstəlik dönəmində anama "mən niyə doğuldum?” sualıni verirdim, istəmədim ki, gələcəkdə övladım mənə bu sualla müraciət etsin. Həm də düşündüm ki, mənə nəsə olar, sağalmaram. Onu başqalarının ümidinə buraxmaq istəmədim”,- deyə o, bildirib.

 
Daha sonra Z. Qasımova öləcəyini düşünərək, həyat yoldaşı üçün yenidən ailə qurmaq üçün xanım axtardığını da deyib.
"Mən sizə bir etiraf edim. Xəstə olduğum zaman, həyat yoldaşıma deyirdim ki, "gəl, mən sağ ikən sənə bir xanım axtarım, məndən sonra tənha qalmayasan”. Onu evləndirmək istəyirdim. İstəmirdim ki, məndən sonra yalnız qalsın”,- deyə o, etiraf edib.

Qeyd edək ki, Zümrüd Qasımova uzun illər xərçəng xəstəliyindən əziyyət çəkib.(Big.az)