Şou

Xatun Zaurun verilişinə çıxmaqdan imtina etdi - Səbəbini açıqladı

Xatun Zaurun verilişinə çıxmaqdan imtina etdi - Səbəbini açıqladı
Dünən Xəzər TV-də yayımlanan "5də5" verilişində maraqlı anlar yaşanıb.

Kanal14.az big.az-a istinadən xəbər verir ki, verilişin anonslarında müğənni Xatun Əliyevanın adı çəkilsə də, müğənni canlı verilişə qatılmayıb.


Verilişin aparıcısı Zaur Kamal verilişboyu qonaqlarından birinin Xatunun olduğunu və son anda onun efirə çıxmaqdan imtina etdiyini deyib.

Məsələ ilə bağlı müğənni ilə əlaqə saxladıq. Müğənninin prodüseri Pənah Eldar məsələyə belə aydınlıq gətirib:

"Hansı zamandı ki, ilin, günün bu vaxtında insan insanı aldadar? Biz efiri 1 həftə, uzağı 5 gün öncədən danışıb razılıq veririk. Biz öncədən maraqlanırıq ki, başqa qonaqlar kim olacaq. Bu mənim bir prodüser kimi borcumdur. Onlar bizə qonaq kimi başqa ad dediler, anonsda isə tam fərqli insanlar gördük. Biz də bunu özümüzə hörmətsizlik, qərəz hesab edib, verlişdən imtina etdik. Bu gün illərlə əziyyətlə qazandığımız reytinqi kiminsə şəxsi marağına qurban verə bilmərik. Bu səbəbdən verilişə qatılmadıq. Xəzər televiziyası və onun rəhbərliyinə gəldikdə isə hörmətimiz sonsuzdur".