Şou

“Ancaq transseksuallara bənzəyirlər, iyrəncdirlər” - Rüfət Nəzərdən bu aktyorlara sərt tənqid

“Ancaq transseksuallara bənzəyirlər, iyrəncdirlər” - Rüfət Nəzərdən bu aktyorlara sərt tənqid
 
 
 
 
 
 
 
 
 
 

 
 
 
 
 

Akademik Rus Dram Teatrının aktyoru Rüfət Nəzər sosial media hesabında qalmaqallı fikirlər yazıb.

"Kanal14.az” xəbər verir ki, aktyor ad çəkmədən "Bu şəhərdə” komandasını sərt tənqid edib:

"Ermənilərin başı batsın komediya sayəsində "at oynadıb, oyun çıxarırlar” – Rusiyanın həm səhnəsində, həm də televiziyasında. Bizdə niyə yoxdur o əjdahalardan? Milli satiramızın cütlükləri, qadınlar və seksual azlıqlardan başqa parodiya ideyasından başqa heç nə yoxdur? Yumorumuzun səviyyəsi budur? Yoxsa, bu "tula”lar dedikləri kimi həqiqətən bizdən istedadlıdırlar?

Nə etsinlər? Yenə də "Planet Parni iz Baku” nə isə alındırır, sağ olsunlar. Başqalarına baxanda isə ancaq transseksuallara bənzəyirlər, illərdi səhnədədirlər, iyrəncdir. Əsəbiləşirəm. Hər dəfə qadın paltarında transseksual görünüşündə, qurşaqdan aşağı, dəxlisiz, gicbəsər yumoru görmək çox pis oluram. O qədər bacarıqlı gənclərimiz var ki, bu "qıjı” yumorundan uzaq, amma bu yarıkişi, yarıqadınlar o qədər yumorumuzu zəhərləyiblər ki, camaat başqa nəsə qəbul etmir. "Qıjı” toy parodiyası, qadınları eşşək yerinə qoymaq, yalnız və yalnız region ləhcəsi ilə zarafatlar... Elə bil 10-15 il ərzində beyinləri başqa istiqamətdə işləməyib, efirdə də ağıllı-ağıllı elə danışırlar ki…”