Şou

Şəbnəmi toydan uzaqlaşdırmaq istəyən Zamiq imiş

Şəbnəmi toydan uzaqlaşdırmaq istəyən Zamiq imiş
 
 
 

 
 
 
 
Bu gün müğənni Şəbnəm Tovuzlunun sərt irad bildirdiyi kişi müğənninin adı bəlli olub. 
Kanal14.az-un əldə etdiyi məlumata görə, ifaçının toylarda görmək istəməyən ifaçı Zamiq Hüseynovdur. Belə ki, ötən gün "Böyük saray” restoranında baş tutan toya Zamiq də, Şəbnəm də dəvət olunub. Lakin Zamiq Şəbnəmin toyda oxumasını istəməyib, hətta onun repertuarına da müdaxilə edib. 
Bundan əlavə, Z.Hüseynov daha öncə də Şəbnəmin "Böyük saray”da keçirilən toylara dəvət olunmasına etiraz edib. 
Qeyd edək ki, Şəbnəm Tovuzlu sosial şəbəkədə ad çəkmədən kişi həmkarının ünvanına sərt fikirlər səsləndirib: "Nədən bilmirəm, bəzi kişi müğənniciklər xanım həmkarına şərait yaratmağa can çəkir. Düşünürlər ki, Şəbnəm qazanacaq, onlar pulsuz qalacaq. Ayıbdır, ayıb. Bu aləm monopoliya imiş, xəbərim yoxmuş. Amma Allahın açdığı qapını sizin kimi cücələr bağlaya bilməz. Hələ tez-tez  görüşəcəyik. Məni görəndə şəkil çəkdirin ki, bəlkə xalqın sevgisini qazandınız, sevildiniz”.