Şou

“Bayağı mahnı oxumayanda efirə çağırmırlar, toya aparmırlar” – Əməkdar artist

“Bayağı mahnı oxumayanda efirə çağırmırlar, toya aparmırlar” – Əməkdar artist
 
 
 
 
 
 
 
 
 
 
 

 
 
 
 

Əməkdar artist Aybəniz Haşımova "Şou ATV” proqramında qonaq olub. O, tələbəsi Fərid Məmmədovun Amerikaya köçməsindən danışaraq gileylənib:

"Fərid Məmmədov kimi tələbəm ölkədən getməməli idi. Onu kimlər küsdürdü? Mənim "uşağım”ı bezdirdilər. Beş yaşından sənətə canını fəda etdi və dövlət ona etimad bəslədi, "Eurovision”a göndərdi. Öz istedadının gücünə ikinci oldu”. Fərid Amerikada fəhləlik edir, zülm çəkir. Azərbaycanda fəhlə olmaq olar, başqa ölkədə yox! Televiziyalardan soruşmaq istəyirəm ki, niyə tələbəm gedib kuryer çalışır? Fərid Məmmədov gün ərzində doğulan istedad deyil.

Əməkdar artist  "Eurovision 2013" təmsilçimizin ölkədən getməsinin səbəbini də açıqlayıb:

Fəridin valideynindən soruşdum ki, Fərid niyə getdi? Qayıtdı ki, uşağa hər yerdə qadağa qoyublar. Hansısa bir insandan küsüb, o da Fəridə belə edib.  Mənim mədəniyyətimi bu günə qoymayın. Bu nə biabırçılıqdır? Efirlərə buraxılan mahnılar nədir? Demirəm, yenilik olmasın. Özüm də tələbələr yetişdirirəm. Bayağı oxuyanların içində mənim də keçmiş tələbələrim var. deyirəm, bu nədir oxumusan? Qayıdır ki, başqa mahnı oxuyanda, efirə çağırmırlar, toya aparmırlar”. 

Qeyd edək ki, Fərid ailə qurduqdan sonra, Amerikaya köçüb və orada kuryer çalışır.