Şou

“Onları görüm toysuz qalsınlar” - Toy bazarı niyə

“Onları görüm toysuz qalsınlar” - Toy bazarı niyə
 
 
 
 
 
 
 
 
 

 
 
 
 
 
 

Xəbər verdiyimiz kimi, yerli şou-biznesin ən zəngin simalarından hesab edilən Manaf Ağayev  toyların azalmasından şikayətlənib. "Qabakı qazanc yoxdur. Əvvəl ayda 25-30 toya gedirdin, amma indi ayda 6-7 toya ya gedəsən, ya da getmyəsən. Bugünkü qazancla hərə öz ailəsini güclə dolandırır”, - deyə tanınmış ifaçı gileylənib.

Görəsən, ancaq Manaf Ağayevin toy biznesi zəifləyib, ya hamıda vəziyyət belədir? 

Məsələ ilə bağlı şou-biznes nümayəndələrinin fikrini öyrəndik. Əməkdar artist Ədalət Şükürov da bu problemlə üzləşdiyini deyib:

"Bu hər yerdə belədir. Böhranla bağlı vəziyyət belədir. Nəinki toyda, həmçinin başqa işlərdə də belədir. Manaf müəllim düz deyir. Əvvəllər toylarımız çox idi, indi xeyli azalıb”.

Əməkdar artist Elza Seyidcahan əsl sənətkarlar üçün toyun azalıb-çoxalmasının fərqinin olmadığını deyib: 

"Sənətkarlar bəşəriyyət, tarix, əsl sənət üçün bəstələyib, yazıb yaradırlarsa, onların toyun  azalıb-çoxalmağından heç  qorxusu olmamalıdır. Ona görə bu məsələnin mənə aidiyyatı yoxdur. Əslidə, mən arzu edirəm ki, toylar çoxalsın, ailə nikahları uzunömürlü olsun. Ancaq o toylarda Azərbaycan xalq janrımıza aid musiqilər səslənsin. Ki, bu çox böyük təbliğatdır. 

Toylarda mahnı senzurası qoyulsun.  Necə ki, vergi haqqı yığılır sənət haqqı da qorunmalıdır. Əks halda, dahi bəstəkarlarımızın ruhu yol verməyəcək kimlər ki, özlərinə bahalı evlər, maşınlar, ziynət əşyaları almaq üçün sənətimizi məhv etsinlər. O var-dövlət qalsaydı, unudulmaz sənətkarlarımıza qalardı. Necə ki, Hüseynağa Hadıyevin illik təqvimi  toylarla dolu olub, hanı o pullar? Qaldı? Yox!  Ancaq nə qaldı? Onun bir neçə sənət mahnıları. Və İlhamə xanımın brilliyantları qalmadı. Onun danılmaz sənəti qaldı. 

Bəzi müğənnilər var ki, "toy tutmaq” üçün Azərbaycanımızın incəsənətinə toy tuturlar e, onları görüm toysuz qalsınlar. Hətta görmüşəm ki, bizə ümumiyyətlə, heç bir xalqa aid olmayan, sənətimizə zərər gətirən, yaramaz bir mahnını ardıcıl  2,3,4,5 dəfə "zapis” edirlər ki, camaat özlərini "atdandırsın”. Və bu virus ən pis narkotikdən də betər bir bədbəxtçilikdir ki, bunun qarşısı alınmalıdır!”

Əməkdar artist Cavanşir Məmmədov bu vəziyyəti yeni müğənnilərin çoxalması ilə əlaqələndirib:

"Manaf düz deyir. Təkcə məndə yox, hamıda bu vəziyyətdir. Toylara həmişə gedən bizlər olmuşuq. Mən də  bu fikirdəyəm. Yalandan çıxıb demək lazım deyil ki, "ay pul çoxdur”, "toy çoxdur” filan. Toy azdır, azalıb. Bilirsiniz, indi oxuyan da çoxdur, şadlıq sarayları da çoxdur. Ona görə də toylar azalıb. Bir də toy maklerləri var”.