kanal14.az
kanal14.az

Azərbaycanlı xanəndə Özbəkistanda mükafatlandırıldı - Fotolar

Azərbaycanlı xanəndə Özbəkistanda mükafatlandırıldı - Fotolar
31-08-2019, 16:19 31 dəfə baxılıb

Azərbaycanlı xanəndə Özbəkistanda mükafatlandırıldı - Fotolar
 
 
 
 
 
 
 
 
 
 
 

 
 
 

Özbəkistanın Səmərqənd şəhərində keçirilən "Şərq təranələri” XII Beynəlxalq Musiqi Festivalında azərbaycanlı gənc xanəndə Pərviz Qasımov və Qırğız Respublikasının "Komuzçular” dueti birinci mükafata layiq görülüb.

Kanal14.az-ın məlumatına görə, dünyanın 75 ölkəsindən 340 ifaçının iştirak etdiyi festivalın baş mükafatı - Qran-Prini Özbəkistan Dövlət Konservatoriyasının tələbəsi Mexriniqor Abduraşidova alıb.

 

İkinci mükafat Türkmənistan və Monqolustan nümayəndələrinə verilib. Üçüncü yeri isə Tacikistan, Rusiya və Özbəkistan musiqiçiləri tutub.

Qeyd edək ki, 1997-ci ildə Səmərqənddə keçirilən birinci festivalda Azərbaycanın Xalq artisti Simarə İmanova Qran-Pri mükafatına layiq görülüb. XI festivalda isə Əməkdar artist, tarzən Sahib Paşazadə Qran-Prini ikinci dəfə qazanıb. Ayrı-ayrı vaxtlarda tanınmış xanəndə Alim Qasımov, həmçinin Aygün Bəylər, Qoçaq Əsgərov festivalda birinci, Zabit Nəbizadə isə ikinci yerləri tutublar./Qafqazinfo

 












Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA