Şou

Cennifer Lopezdən nümunəvi təvazökarlıq: "Helikopter yox, maşın göndərin"

Cennifer Lopezdən nümunəvi təvazökarlıq: "Helikopter yox, maşın göndərin"
 
 
 
 
 
 

 
 

 
 
 
 
 
 

6 avqustda Türkiyənin Antalya şəhərində konsert verməyə hazırlaşan məşhur müğənni Ceniffer Lopez bu dəfə təvazökarlığı ilə gündəmə gəlib. "Kanal14.az” Türkiyə mediasına istinadən xəbər verir ki, müğənni konsertin təşkilatçılarına  dəbdəbəli qarşılama mərasimi istəmədiyini bildirib və "şişirtməyin” deyə xəbərdarlıq edib. 

O, bildirib ki, hava limanından otelə helikopterlə deyil, "Jeep" maşınla getmək istəyir. 

Məlumata görə, dünya ulduzu Antalyadakı lüks villalardan birində qonaq ediləcək. İfaçı 5 yataq otağı, şəxsi hovuzu, güllə keçirtməyən pəncərələri olan 3 mərtəbəli villada qalacaq. 

Möhtəşəm konsertin bilet qiymətləri isə 4 min lirə ilə 135 min lirə arasında dəyişir.