Şou

“Anam qədər qazanmasam da…” – Rəqsanənin qızı qazancını açıqladı

https://azinforum.az/wp-content/uploads/2019/03/n-84.jpg
 

"Telekanallarda ödənişsiz müğənniyəm, heç bir proqrama pul verib çıxmamışam. Mən Rəqsanə İsmayılovaya görə tanınmışam, amma məni özümə görə sevirlər. Əziyyət çəkirəm, mənim qədər çalışan müğənni yoxdur. Hər ay bir mahnı, klip, fotosessiya təqdim edirəm. Həm də səmimi olduğum üçün sevilirəm”. 

Bu sözləri müğənni Rəqsanə İsmayılovanın qızı, gənc ifaçı Aysun deyib. O "Məni tənqid edənlərə anam zəng edib, cavablarını verir” açıqlamasının birmənalı qarşılanmamasına da aydınlıq gətirib:

"Allahdan başqa heç kimdən qorxmuram. O açıqlamanı da zarafata demişəm. Şou aləminin içində böyümüşəm, şou-biznesin pisini də, yaxşısını da bilirəm. Rəqsanə xanım müğənni kimi yox, ana kimi məni incidənlərin cavabını verir. Məni çox tənqid edən də olmayıb. Çoxunun gözünün önündə böyümüşəm. Mənə dəstək olanlara təşəkkür edirəm”.

İfaçı  qazancından da danışıb: "Anam qədər qazanmıram, ayda 30 toya getmirəm. O qədər büdcəm yoxdur. Amma toylara gedirəm, tədbirlərdə oluram. Qazancımı mahnılarıma sərf edirəm. Sağ olsun, anam da daim mənə mənəvi və maddi dəstəkdir. Anam mənim işimə qarışmır, deyir ki, daim üzərində işlə və uğur qazan”.

Aysun duet ortağı Sabirlə yeni işlər görəcəyini  də açıqlayıb: 
" Bizim "Sevgi” adlı mash-up duetimiz çox bəyənildi, heç kim bizi tənqid etmədi. Deyə bilərəm ki, çox sevildi. Növbəti duetimiz gəlir, yenə sevgidən oxuyacağıq”. Musavat.com