Şou / Mədəniyyət

Fidan bu gün Minskdə səhnəyə çıxacaq

Fidan bu gün Minskdə səhnəyə çıxacaq
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Noyabrın 25-də Minskdə "Uşaq Avroviziya-2018” mahnı müsabiqəsinin qalibi müəyyənləşəcək.

 

, "Minsk Arenada” keçiriləcək final yarışında rekord sayda - 20 ölkənin nümayəndəsi iştirak edəcək. Azərbaycanı təmsil edən Fidan Hüseynova səhnəyə yeddinci çıxacaq.

 

Ekspertlər səhnənin texniki imkanlarını yüksək qiymətləndiriblər. Beynəlxalq mahnı müsabiqəsinin icraçı direktoru Yon Ola Sand səhnənin səs və işıq effektindən razılığını bildirib.

 

"Minsk Arenada” Azərbaycan təmsilçisindən başqa Ukrayna, Portuqaliya, Qazaxıstan, Albaniya, Rusiya, Niderland, Belarus, İrlandiya, Serbiya, İtaliya, Avstraliya, Gürcüstan, İsrail, Fransa, Makedoniya, Ermənistan, Uels, Malta və Polşa təmsilçiləri beynəlxalq mahnı müsabiqəsinin final mərhələsində çıxış edəcəklər.

 

Qeyd edək ki, noyabrın 23-də axşam saatlarından mahnı müsabiqəsinin rəsmi saytında tamaşaçıların onlayn səsverməsi başlayıb. Səsvermə müsabiqənin rəsmi açılışına-noyabrın 25-də saat 18:00-dək davam edəcək. Final günü sonuncu iştirakçının ifasından sonra səsvermə 15 dəqiqə ərzində yenidən aktivləşəcək. Daha sonra həmin səslər müsabiqənin səsləri hesablayan heyətinə təqdim ediləcək.Unikal.org