Şou

Aygün “Primadonna” olmaq istəmir

Aygün “Primadonna” olmaq istəmir
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Xalq artisti Aygün Kazımova "Primadonna” titulundan imtina edib.  "Qafqazinfo” xəbər verir ki,  ötən həftə müğənni Rəhim Rəhimli  şou-biznesin yeni "Primadonna”sının Aygün Kazımova olduğunu söyləyib. 

Kazımova mövzu barədə "ATV maqazin onlarla"ya danışıb və  həmkarına cavab verərək boş qalan kürsüyə sahib çıxmayacağını bildirib: "Qəbul etmirəm. Bizim bir "Primadonna”mız var, o, tarixə düşüb. Allah ona rəhmət eləsin”.