Şou

İki serial ekranlarla vidalaşır

İki serial ekranlarla vidalaşır
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

"Show TV” yayımlanan "Yeni gəlin” və ATV-də efirə gedən "Aşk və Mavi” serialları bir neçə seriya sonra final edəcək.

"Kanal14.az” "Posta”ya istinaadən xəbər verir ki, 60 seriyası geridə qalan "Yeni gəlin”in 63-cü seriyada izləyiciləri ilə vidalaşacağı bildirilir.

Buna səbəb olaraq ssenarinin artıq izləyicilər tərəfindən bəyənilmədiyi göstərilir.

Əmrahın baş roldan ayrılmasından sonra reytinqlərdə ciddi düşüş yaşayan "Aşk və Mavi” serialına Kərəmcəmin daxil da olması çarə olmayıb. Reytinq qurbanı olan "Aşk və Mavi” iki seriya sonra - 78-ci seriyada final edəcək.