Şou / Hadisə / Dünya

Bu serialda rol alan 4 məşhur koronavirusa yoluxdu

Bu serialda rol alan 4 məşhur koronavirusa yoluxdu
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
 
 
 

Türkiyənin Star Televiziyasında yayımlanan "Ay Yapım” istehsalı "Menejerimi ara” serialının üç qəhrəmanı koronavirusa yoluxub.

Kanal14.az "Qafqazinfo”a istinadən xəbər verir ki, reytinqli layihənin baş qəhrəmanı Ahsen Eroğlu, ustad aktrisa Ayşenil Şamlıoğlu və Bedir Bedirin "COVID-19” test nəticələri pozitiv çıxıb.

Bundan sonra serial heyəti karantinə alınaraq test verib. Ekran işinin sonuncu bölümündə epizodik rol alan müğənni İrem Dericidə də  koronavirus aşkarlanıb. Dad və iybilmə qabiliyyətini itirən sənətçi xəstəxanaya müraciət edib, test nəticələri pozitiv çıxıb.

 

Baş vermiş bu hadisələrdən sonra serialın çəkilişlərinə fasilə verilib.

Evdə özünü təcrid edən sənətçi test nəticələrini sosial şəbəkədə paylaşıb.

Bu serialda rol alan 4 məşhur koronavirusa yoluxdu
Bu serialda rol alan 4 məşhur koronavirusa yoluxdu
Bu serialda rol alan 4 məşhur koronavirusa yoluxdu