kanal14.az
kanal14.az

18 məktəb direktoru ilə işdən AZAD OLUNDU - RƏSMİ

18 məktəb direktoru ilə işdən AZAD OLUNDU - RƏSMİ
14-09-2020, 17:41 49 dəfə baxılıb

18 məktəb direktoru ilə işdən AZAD OLUNDU - RƏSMİ

Yeni dərs ili ərəfəsində BŞTİ-nin tabeliyindəki təhsil müəssisələrinə 8 nəfər direktor vəzifəsinə işə qəbul edilib. Eləcə də 20 məktəbin direktoru yerdəyişmə ilə digər ümumi təhsil məktəblərinə təyinat alıb.

 
Kanal14.az Trend-ə istinadən bildirir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Rəşad Tağıyev deyib.

Onun sözlərinə görə, 18 məktəb direktoru (19, 318, 10, 226, 271, 27, 20, 298, 48, 44, 52, 223, 113, 122, 130, 256, 262, 322 nömrəli tam orta məktəblər) ilə bağlanmış əmək müqaviləsinə xitam verilib. (14 nəfər çalışmanın yaş həddinə çatması ilə əlaqədar, 4 nəfər isə müddətli əmək müqaviləsi müddətinin başa çatması ilə əlaqədar).

R.Tağıyev əlavə edib ki, Təhsil Nazirliyi tərəfindən keçirilən müəllimlərin işə qəbulu və yerdəyişməsi müsabiqəsinə BŞTİ tərəfindən 2020-2021-ci dərs ili üçün 958 vakansiya təqdim olunub. Müsabiqə üzrə prosedur tam yekunlaşmadığı üçün ümumilikdə, işə qəbul olunanların sayı barədə yaxın günlərdə dəqiq məlumat bəlli olacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA