Sosial / Təhsil

Növbəti imtahanların vaxtı məlum oldu

Növbəti imtahanların vaxtı məlum oldu

Dövlət İmtahan Mərkəzi tərəfindən 23-24 iyul 2020-ci il tarixlərində növbəti buraxılış (qəbul) imtahanları keçiriləcək.

Kanal14.az "Qafqazinfo”a istinadən xəbər verir ki, imtahanlar respublikanın 24 şəhər və rayonunda təşkil olunacaq.

İmtahanlar saat 11:00-da başlanır. İmtahanların başlanmasına 15 dəqiqə qalmış – saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır. 

Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır. 

Əlavə məlumatı DİM-in saytından əldə edə bilərsiz.