Sosial

Karantin qaydalarını pozan məşhurlar - FOTO

 

Göstərişli dünyaları olan məşhurlar baxımsız görünməkdən və pərdə arxasında qalıb unudulmamaq üçün tez-tez kameralara tuş gəlirlər.

Kanal14.az ölkə.az-a istinadən bildirir ki, gündəlik həyatlarında belə küçəyə makiyajsız çıxmayan məşhurlar karantin dövründə Los-Ancles küçələrində təbii görünüşləri ilə kameralara tuş gəliblər.

Ben Affleck və sevgilisi Ana DeArmas hər gün küçəyə çıxaraq itlərini gəzdirirlər. Bir neçə dəfə kameralara maskasız tuş gələn cütlük tənqidlərə məruz qaldıqdan sonra maskadan istifadə etməyə başlayıblar.

Lucy Hale isə küçədə maska və əlcəkləri ilə görüntülənib.

İsla Fişer isə karantində olmasına baxmayaraq hər gün qaçmağa davam edir.

Cessika Alba da hər gün qızı ilə idman edən məşhurlar sırasındadır.

 

Leonardo Di Kaprio da gah küsülü, gah barışıq olduğu sevgilisi Kamila Morrone ilə birlikdə görüntülənib.

''Game of thrones'' serialının məşhur aktrisası Sofia Turner və həyat yoldaşı Coe Conas da itlərini gəzdirərkən kameralara tuş gəliblər. Xatırladaq ki, aktrisa bir neçə həftə əvvəl hamilə olduğunu açıqlayıb.