ötən gün Çində...
Çində yayılan koronavirus (Kovid-19) epidemiyasında ilk yaşanıb.


Publika.az xəbər verir ki, son 24 saatda 7 nəfər dünyasını dəyişib. Bununla da ilk dəfə ölüm sayı tək rəqəmə düşüb.

Ümumilikdə, dünyasını dəyişənlərin sayı 3 min 179-dur. 8 yeni koronavirusa yoluxma faktı aşkarlanıb.

Çin Milli Səhiyyə Komitəsindən verilən yazılı açıqlamada 80 min 813 insan virusdan əziyyət çəkir. Onlardan 4 min 20-nin durumu ağırdır. 147 nəfərin virusa yoluxduğu ehtimal edilir. Müşahidədə olan insanların sayı 12 min 161-dir. 64 min 111 nəfər virusdan sağalıb.

Çinə xarici ölkələrdən gələn vətəndaşlarda aşkarlanan və "idxal faktı” adlandırılan virusayoluxma faktı 88-ə çatıb.