Sosial

Universitetlər magistraturaya qəbulun birmərhələli olmasına razıdırlar - Məleykə Abbaszadə

Universitetlər magistraturaya qəbulun birmərhələli olmasına razıdırlar - Məleykə Abbaszadə
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
 
 

Ali təhsilin magistratura səviyyəsi üzrə qəbulun bəzi ixtisaslar üzrə birmərhələli olması ilə bağlı təkliflər Təhsil Nazirliyi və universitetlərlə müzakirə edilib.

Kanal14.az-ın məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, universitetlər magistraturaya qəbulun birinci mərhələsinin nəticələri əsasında magistr qəbul etməyə razı olduqlarını bildiriblər.

M.Abbaszadə əlavə edib ki, lakin müəyyən ixtisaslar üzrə qəbulda ikinci mərhələ saxlanılacaq: "Bu yazı işi tələb olunan ixtisaslara bağlıdır. Daha dəqiq texniki məlumatları yalnız qaydalar tam təsdiq olunandan sonra açıqlamaq mümkün olacaq"./Trend