kanal14.az
kanal14.az

Ağır makiajın fəsadları - Kosmetoloqdan çağırış

Ağır makiajın fəsadları - Kosmetoloqdan çağırış
17-11-2019, 16:01 52 dəfə baxılıb

Ağır makiajın fəsadları - Kosmetoloqdan çağırış
 
 
 
 
 
 

 
 
 
 
 
 
 

 
 

Makiyaj demək olar ki, əksər xanımların imtina edə bilmədiyi bir vasitədir. Qadınların çoxu gözəl görünmək üçün demək olar ki, hər gün makiyajdan istifadə edirlər. Daha çox isə məşhurlar, efirə çıxan insanları hər gün ağır makiajlara müraciət edirlər.

Maraqlıdır, hər gün edilən makiajın dəriyə mənfi təsiri varmı?

"Kanal14.az" xəbər verir ki, mövzu ilə bağlı Lent.az-ın suallarını cavablayan kosmetoloq Aytac Səfərova bildirib ki, düzgün edilməyən makiaj üz dərisinə mənfi təsir edir:

"Tərkibində kimyəvi qatqılar olan makiaj vasitələri dəriyə zərər verə bilər. İnsanlar maddi baxımından çox vaxt ucuz vasitələrdən istifadə edirlər, bu isə çox ciddi fəsadlara yol aça bilər. Məsələn, tərkibində kimyəvi maddələr olan məhsullardan istifadə zamanı həssas dərilərdə ciddi dəri xəstəlikləri, sızanaqlar və s. yaranar. Bundan başqa, kimyəvi qarışığı olan kosmetik məhsullar dərinin tez qocalmasına, korlanmasına səbəb olur. Buna görə ucuz deyil, keyfiyyətli, tərkibi təbii olan məhsullar almaq lazımdır”.

A.Səfərovanın sözlərinə görə, ağır makiajlar da dərinin korlanmasına səbəb olur:

"Çox təəssüf ki, bəzi qadınlar düşünürlər ki, baxımlı olmaq üçün kosmetikadan daha çox istifadə etmək lazımdır. Lakin çox ağır və qabarıq şəkildə olunan makiajın əvəzinə az miqdarda sadə makiaja üstünlük verərək daha gözəl görünmək olar. Onu da vurğulayım ki, çox vaxt gənc qızlar makiajdan daha çox istifadə edir. Bu isə onların yaşından böyük görünməsinə və gələcəkdə dərilərinin daha tez korlanmasına gətirib çıxarır”.

Kosmetoloqun sözlərinə görə, makiaj yatmazdan əvvəl mütləq üzdən təmizlənməlidir:

"Ən vacib məqamlardan biri dərinin yatmazdan əvvəl təmizlənməsidir. Makiaj vasitələrinin təbii və ya kimyəvi tərkibli olmasından asılı olmayaraq mütləq üz yatarkən təmizlənməlidir. Makiajın üz dərisində qalması dərinin nəfəs almasına mane olur və nəticədə dəridə qocalma başlayır. Dərinin sağlam qalması üçün düzgün qulluq etmək, maskalardan, vitamin tərkibli qidalandırıcı, nəmləndirici kremlərdən istifadə etmək məsləhətdir”./Yeni Sabah







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA