Sosial

Prezidentin fərmanından sonra hərəkətə keçdilər — Evi sənədsiz olanların nəzərinə!

Prezidentin fərmanından sonra hərəkətə keçdilər — Evi sənədsiz olanların nəzərinə!
 
 
 
 
 
 
 
 
 
 

 
 
 

"Cənab prezidentin fərmanından sonra sənədsiz tikililərin qeydiyyata alınması ilə bağlı rayon icra hakimiyyətlərində komissiya təşkil olunub".

 

Bu sözləri Nəsimi rayon bələdiyyə sədri Nazim Qaraxanov İTV-də yayımlanan "Sabaha saxlamayaq" verilişində söyləyib. 

 

Bələdiyyə sədri rayonların ərazisində sənədsiz evlərlə bağlı artıq sayım işlərinin başlandığını deyir: 

 

"Komissiya intensiv iş aparır. Hazırda Nəsimi rayonu ərazisində sənədsiz evlərlə bağlı ölçmə işləri aparılır. Bu kifayət qədər fiziki əmək tələb edir. 500 minə yaxın sənədsiz tikili var.

 

Bu tikililərin böyük hissəsi Bakı şəhərinin payına düşür. "Papanin", "Xutor" kimi adlanan ərazilərdə, həmçinin Nəsimi bazarı ətrafında xeyli sayda sənədsiz ev var". (BAKU.WS)