Sosial

Cəlilabadda məmur övladının qudurğanlığı –- Polis hərəkətə keçdi

Cəlilabadda məmur övladının qudurğanlığı –- Polis hərəkətə keçdi
 
 

 
 
 
 
İÇ XƏBƏRƏ daxil olan məlumata görə iki gün öncə Cəlilabad rayon Su-kanal idarəsində xuliqanlıq zəminində insident baş verib.
Belə ki,sözügedən idarəyə AzərSU-nun prezidenti Qorxmaz Hüseynov tərəfindən yenicə təyin olunmuş sahə rəisi Sərxoş Səidovun sürücüsü, (YƏNİ OĞLU) Xəyyam Səidov idarənin işçisi Rahib Cavadova qarşı xuliqanlıq edərək onu əvvəlcə təhqir edərək, ölümcül xəsarət yetimişdir

Hadisədən xəbər tutan idarə işçiləri yaranan qalmaqala müdaxilə etməklərinə baxmayaraq məmur oğlu Xəyyamı yola gətirmək mümkün olmayıb. Daxil olan xəbərdə qeyd edilir ki, o idarə işçilərinə uca səslə təhqir edədərək bildirib ki, "…mənim atam bu idarənin rəisidir,arxamızda Azersu-nun prezidenti Qorxmaz Hüseynov dayanır.Haminizı işdən qovarıq…” deyərək olay yerində
atasın rəhbəri olduğu idarənin işçilərini təhtit edib. Gələn xəbərlərdə oda iddia edilir ki, Su-Kanal idarə Rəisinin oğlunun belə bir zorakılığına və tərbiyəsiz hərəkətlərinə dözməyən işçilər məmur oğlunu şillə, təpikin altına salıbar.
Daxil olan məlumatda hadisə zamanı ağır xəsarət alanlar da olduğu bildirilir. İddiaya görə hadisədən xəbər tutan rəhbərlik, işçiləri işdən qovacağı ilə hədələyib. Buna etiraz olaraq idarə işçiləri, sürücü Xəyyam Səidov işdən qovulmayınca işə çixmayacaqlarını rəhbərliyə bildiriblər.
Baş vermiş insidentlə bağlı hadisə yerinə Cəlilabad rayon PPX-nin əməkdaşları gəliblər. Hadisə ilə bağlı araşdirma başladılıb.