Sosial

Göytəpə zibillik içində

Göytəpə zibillik içində
 
 
 
 
 
 
 
 
 
 

 
 
 
 
 

Rəssam Ülviyyə Musayeva "Facebook” sosial şəbəkəsində Cəlilabad rayonunun Göytəpə şəhərindəki antisanitar vəziyyəti əks etdirən görüntülər paylaşıb.

Belə ki, kadrlarda çayın yaxınlığında məişət tullantılarının olduğu görünür. Tullantılar nəinki çayın kənarındadır, həm də çaya atılıb.

 

"Bura böyük bir poliqondur. Ətraf mühitdə nə baş verdiyini görün. İnsanlar ətrafı zibilləyirlər, çünki zibilləri atmağa başqa yerləri yoxdur”, - deyə Ü.Musayeva bildirib.

Ü.Musayeva bu ərazinin xəstəlik mənbəyi olduğunu vurğulayıb. O, müvafiq dövlət qurumlarını problemə reaksiya verməyə və tədbirlər görməyə çağırıb.