kanal14.az
kanal14.az

Bəzi rektorlar Təhsil Nazirliyinin qərarını qulaqardına vururlar - QALMAQAL

Bəzi rektorlar Təhsil Nazirliyinin qərarını qulaqardına vururlar - QALMAQAL
26-08-2019, 13:30 39 dəfə baxılıb

Bəzi rektorlar Təhsil Nazirliyinin qərarını qulaqardına vururlar - QALMAQAL
 
 
 
 
 
 
 
Xəbər verdiyimiz kimi, təhsil naziri Ceyhun Bayramov bir müddət öncə ali təhsil müəssisələrinin rəhbərlərinə tapşırıq verib.

"Təhsil Nazirliyinin kollegiyasının qərarına əsasən, ali təhsil müəssisələrinin rəhbərlərinə tapşırılsın:
- Ödənişli təhsil alan tələbələrin təhsil haqlarını təhsil aldığı müddətdə yarımilliklər üzrə ödənilməsinə şərait yaratsınlar”, deyə nazirin tapşırığında bildirilib.

Amma deyəsən bəzi universitet rektorları bu tapşırığa əməl etmək istəmir.

Modern.az-ın məlumatına görə, təhsil eksperti Kamran Əsədov bildirib ki, Təhsil Nazirliyinin kollegiyası rektorlara tələbələrin təhsil haqqını hissə hissə ödəməyə imkan yaratmağı tövsiyə etsə də, buna riayət edilmədiyi barədə siqnallar gəlir:

"Ayıb olsun sizə ki, təhsili bazara çeviribsiz. İnsanların maddi imkanı olsa, tam şəkildə ödəyər.
Bir neçə universitetin məsul şəxsləri onlara müraciət edən tələbələrə deyir ki, "Təhsil Nazirliyinin qərarını göstərin”. Bunu 17 yaşlı vətəndaşdan tələb etmək ayıbdır. Plan yerləriniz 2 qəbul kampaniyası ilə güclə dolub. Hətta tam şəkildə belə dolmayıb. Bu tələbə onsuz da təhsil haqqını ödəyəcək, amma indi tam şəkildə imkanı çatmır. Yarısını indi ödəsin, yarısını da yanvar ayında.
Baxıram ki, mənə daxil olan 100-dən çox müracət bu mövzudadır ki, universitetlər təhsil haqqını hissə hissə ödənişə imkan vermirlər.
Türkiyə universitetlərinin həm təhsil haqqı bizdəkindən dəfələrlə azdır, həm də onlar tələbəyə nəinki 2 dəfəyə, hətta 3 dəfəyə təhsil haqqını ödəmək imkanı verirlər”./Hurriyyet.org






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA