kanal14.az
kanal14.az

Bu gün Binəqədi qazsız qalacaq

Bu gün Binəqədi qazsız qalacaq
15-01-2019, 09:51 131 dəfə baxılıb

http://olke.az/uploads/1547529009/qazzz.jpg
 
 
 
Bakının Binəqədi rayonunun təbii qaz təchizatında məhdudiyyət olacaq.

SOCAR-ın "Azəriqaz” İstehsalat Birliyindən (İB)  bildirilib ki, Binəqədi rayonu, Cavadxan küçəsində diametri 159 millimetrlik orta təzyiqli yeraltı qaz kəmərində aşkar olunmuş qaz sızmalarının ləğv edilməsi və yeni çəkilmiş qaz xəttinin qaz təchizatı mənbəyinə birləşdirilməsi ilə əlaqədar yanvarın 15-də saat 10:00-dan təmir işləri tamamlananadək rayonun 6, 7, 8 və 9-cu mikrorayonlarının, Rəsulzadə, Xutor, Biləcəri qəsəbələrinin və Motodrom yaşayış sahəsinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq. Görülən zəruri təmir işləri gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişində yaranacaq fasilə aradan qaldırılacaq. 

 

"Azəriqaz” İstehsalat Birliyi bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir. 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA