Sosial

Vətəndaşın iddiası: Azərişığın səhlənkarlığı ölümlə nəticələndi.

Vətəndaşın iddiası: Azərişığın səhlənkarlığı ölümlə nəticələndi.
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
 
 
 Bölgələrdən DogruXeber.az informasiya agentliyinin redaksiyasına daxil müraciətlər günü-gündən artaraq davam edir. Müxtəlif mövzularda olan müraciətlərin kökündə bir növ əlacsızlıq özünü büruzə verir. Vətəndaşlar müraciətlərinə laqeyd yanaşan məmurlardan, bələdiyyə rəhbərindən və digər aidiyyatı qurumlardan şikayətlənərək bunu mətbu orqanlarda işıqlandırılmasını istəyirlər. həttta əvvəlki şikayətlərdə də görmək olar ki, şikayət edən vətəndaş artıq mətbuat vasitəsilə birbaşa prezidentə müraciət edir. Növbəti təqdim edəcəyimiz video kadrlarda Samux rayon sakininin ciddi problem qarşısında əlacsız qaldığını görəcəksiniz. Belə ki, Məmmədov Cavanşir Fəxrəddin oğlu redaksiyamıza göndərdiyi materialda qeyd edir ki, evlərinin yaxınlığındakı işıq dirəyi çox yararsız vəziyyətdədir. Hətta 2014-cü ildə onun oğlu bu elektrik dirəyindən keçən naqillər vasitəsilə elektrik çarpmasından dünyasını dəyişib.vətəndaş iddia edir ki, bu hadisəylə bağlı cinayət işi açıldıqdan sonra məhkəmənin qərarı ilə rayon üzrə elektrik idarəsinin müdiri işindən azad edilmişdir. Bununla kifayətlənməyən vətəndaş apelyasiya məhkəməsinə müraciət etsə də heç bir nəticə olmayıb. Ən dəhşətlisi isə odur ki, işdən çıxarılan elektrik idarəsinin müdiri yenidən vəzifə başına keçmişdir. Kadrlarda da göründüyü kimi yüksək gərginlikli elektrik naqilləri ağacların demək olar ki, içindən keçir. Yəni o ağaclara hər an elektrik sıza bilər və ağaca toxunan hər hansı bir şəxsə fiziki ziyan dəyə bilər. qısaca desək sakinlərin həyatı üçün ciddi təhlükələr var. külək əsdikdə ağaclardan biri qırılıb o naqilləri qoparsa yaxınlıqda olan hər hansı bir şəxsə dəyə bilər və yüksək gərginlikli elektrik çarpmasıyla həmin şəxs həyatından məhrum ola bilər. sual olunur: dəfələrlə elektrik idarəsinə müraciət etmiş vətəndaşın niyə şikayəti nəzərə alınmır? Aidiyyatı qurumlar hara baxır görəsən? hansı mühüm işlərə başları qarışıb? İnsan həyatından daha vacibmi diqqət ayırdığı işlər? belə görünür ki, həmin idarə rəhbərlərini yalnız öz mənafeyini və maddi maraqlarını güdürlər. əks təqdirdə bu qədər insanlar onların məsuliyyətsizliyindən şikayət etməzdilər. Digər bir şikayətçi də qeyd edir ki, sayğacı yoxlamaq üçün gələn idarə işçisi sayğacın qoruyucu qutusunu qıraraq çıxıb getmişdir. 
Bu materiallara baxanda belə qənaətə gəlmək olar ki, Azərişığın işçiləri istədikləri şəkildə vətəndaşlarla rəftar edir, istədikləri şəkildə öz işlərini görürlər. onlar üçün yalnız maddiyat önəmli, insan həyatı isə çox ucuzdur. İmkanlı, imkansız şəxsləri nəzərə almadan elektrik enerjisi borcu olan vətəndaşların işıqlarını qanunvericilikdə nəzərdə tutulan qaydalarla deyil, özbaşına şəkildə kəsirlər. Azərişığın rəhbər vəzifəsini müvəqqəti icra edən Vüqar Əhmədovun işçiləri əhalidən enerji sərfiyyatına görə pul yığırlar. Dövlət büdcəsi adıyla yığılan pullar həqiqətən də büdcəyə gedirsə, o zaman Azərenerjiyə il ərzində külli miqdarda vəsait ayrıldığı zaman niyə bölgələrdəki bu cür işıq dirəkləri insan həyatı üçün təhlükəli, baxımsız, acınacaqlı vəziyyətdədir? Aidiyyatı qurum öz vəzifələrini layiqincə yerinə yetirmirsə niyə və nə üçün fəaliyyət göstərdiyinə dair sual və şübhələr yaranır. Azərenerjinin əvvəlki rəhbəri Etibar Pirverdiyevin sədr olduğu vaxta Mingəçevir elektrik stansiyasında partlayış baş verdi. Bununla da ölkə iflic vəziyyətinə qaldı. Bu əslində təyin olunan sədrin hansı dərəcədə məsuliyyətsiz olduğunu göstərdi. Hətta prezident İlham Əliyev təcili keçirilən toplantıda onu sərt tənqid etdi. Ehtiyat elektrik stansiyalarının niyə işə yaramadığını da xüsusilə soruşdu. Daha sonra Etibar Pirverdiyevi vəzifəsindən azad etdi. Balababa Rzayev Azərbacan Respublikası Prezidentinin 4 sentyabr 2018-ci il tarixli sərəncamı ilə B.Rzayev "Azərenerji” ASC-nin prezidenti təyin edilib.[4] Lakin bu gün elektriklə bağlı şikayətlər demək olar ki, hər bir bölgədə yaşanmaqdadır. Bəs yeni təyin olunan sədr bu məsələlərə niyə xüsusi diqqət ayırmır? Vətəndaşların bu problemini cənab prezident şəxsən özü həll etməlidirsə o zaman bu qurumlar hansı məqsədlə yaranıb? Samux rayonun üzrə elektrik idarəsi rəhbərinin bu cür görməzlikdən gəlməsi ona qarşı yerli sakinlərin aqressiyasına səbəb olur. O cümlədən Azərenerjinin indiki rəhbəri də vətəndaşlar tərəfindən tənqid olunur və bu aqressiv münasibətdən ona da ayrıca pay düşür. Biz əvvəlki şikayətlərdə də müşahidə etmişik ki, vətəndaşların haqları ciddi şəkildə tapdalanır. Azərişığın işçiləri istədikləri şəkildə, qanunsuz olaraq və məhkəmə tərəfindən heç bir qətnamə qəbul edilmədən vətəndaşın işığını istədikləri vaxt istədikləri şəraitdə də kəsirlər. Vətəndaş onlar üçün yalnızca ödəniş üçün lazımdır. Sanki bu dövlət qurumu demokratik qaydalarla deyil, hər hansı bir özəl obyekt sahibinin şəxsi və özü tərəfindən tərtib olunmuş qaydalarlı ilə idarə olunur. Ümid edirik ki, vətəndaşın bu müraciəti ciddi şəkildə araşdırılacaq və bu məsələ öz müvafiq həllini tapacaqdır. 

Bu məsələylə bağlı qarşı tərəfin mövqeyini dinləməyə hazırıq.