kanal14.az
kanal14.az

Kaliforniyadakı azərbaycanlılara dəyən ziyan ödənildi

Kaliforniyadakı azərbaycanlılara dəyən ziyan ödənildi
13-11-2020, 11:51 59 dəfə baxılıb

Kaliforniyadakı azərbaycanlılara dəyən ziyan ödənildi
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
 
 

ABŞ-da yaşayan soydaşlarımıza dinc aksiya zamanı erməni millətçilərinin vurduğu ziyan ödənilib.

Kanal14.az bildirir ki, Azərbaycanın Tovuz rayonunda Ermənistanın törətdiyi təxribatlara ABŞ-ın Kaliforniya ştatının Los-Anceles şəhərində etiraz edən soydaşlarımıza ermənilər bədən xəsarəti yetirmiş, onlara məxsus minik avtomobilləri, həmçinin müxtəlif şəxsi əşyaları yarasız hala salınmış, yaşadıqları mənzillərə ciddi ziyan dəymişdi.

 

Aksiya zamanı soydaşlarımıza dəyən 16 min ABŞ dolları məbləğində maddi ziyan Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən ödənilib.

Azərbaycan dövləti bundan sonra da xaricdə yaşayan soydaşlarımızın hüquqlarının qorunması istiqamətində addımlar atacaq, eləcə də hər hansı təxribat halı baş verdikdə onlara dəstəyini davam etdirəcək.

(Qafqazinfo.az)






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA