Siyasət

Bu rəhbər şəxslər Gəncə və Mingəçevirə gedir

Bu rəhbər şəxslər Gəncə və Mingəçevirə gedir
 
 
 
 
 
 
 

 
 
 
 
 
 

Azərbaycandakı diplomatik korpusların rəhbərləri, səfirlər, hərbi attaşelər, beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərinin rəhbərləri Gəncə və Mingəçevirə səfər edəcək.

Kanal14.az bildirir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Tvitterdə bildirib.

O qeyd edib ki, səfərin məqsədi onları Ermənistanın günahsız mülki insanlara və enerji infrastrukturuna qarşı həyata keçirdiyi məsuliyyətsiz raket hücumlarının səbəb olduğu cinayət səhnələri ilə tanış etməkdir.