Siyasət / Cəmiyyət / Sosial

“Orduyla bağlı qeyri-rəsmi məlumatlar işıqlandırılmamalıdır”

Adil Əliyev həmkarlarını qınadı:

"Orduyla bağlı yalnız rəsmi məlumatlara inanıb onların təbliğiylə məşğul olmalıyıq”.

Kanal14.az bildirir ki, bunu Milli Məclis sədrinin müavini Adil Əliyev bu gün keçirilən Gənclər və idman komitəsinin iclasında deyib. 

 

O qeyd edib ki, ordunun fəaliyyətiylə bağlı bir çox məsələnin rəsmi məlumat olmadan işıqlanmaması üçün müəyyən işlər görülməlidir: "Hər birimiz seçicilərimizlə görüşlərdə, həmçinin mətbu orqanlarda bağlı bu məsələyə diqqət yetirməliyik. Pandemiyanı və baş vermiş Tovuz hadisələrini nəzərə almalıyıq. Düşmən təxribatının qarşısını biz birlikdə ala bilərik”.

(Qafqazinfo.az)