Siyasət / Cəmiyyət

Pompeodan Bakı və İrəvana çağırış: Başlayın!

ABŞ Dövlət katibi Mayk Pompeo Ermənistana müstəqilliyin bərpası günü ilə bağlı təbrik məktubu göndərib.

Kanal14.az Axar.az-a istinadən xəbər verir ki, məktubda Pompeo ABŞ-ın bundan sonra da iki ölkə arasında münasibətləri inkişaf etdirmək niyyətində olduğunu bildirib.

Pompeo məktubunda Vaşinqtonun Qarabağ konfliktinin sülh yoluyla həlli öhdəliklərinə sadiq olduğunu bildirib və tərəfləri ATƏT-in Minsk Qrupu həmsədrlərinin himayəsi altında predmet danışıqları tezliklə yeniləməyə çağırıb.