kanal14.az
kanal14.az

“Onun mənimlə nə düşmənçiliyi vardı ki, belə tapşırıq vermişdi” - Əli Həsənova sərt sözlər

“Onun mənimlə nə düşmənçiliyi vardı ki, belə tapşırıq vermişdi” - Əli Həsənova sərt sözlər
11-09-2020, 12:58 53 dəfə baxılıb

Əli Həsənov o vaxt konkret olaraq bütün mediaya tapşırıq vermişdi ki, mənim əleyhimə şər-böhtan yazsınlar”. 

 

Kanal14.az xəbər verir ki,bu sözləri Yenisabah.az-a keçmiş deputat Gülər Əhmədova həbsi barədə danışarkən bildirib. Onun sözlərinə görə, həmin vaxt bir neçə nəfərlə görüşərək məsələni aydınlaşdırmaq istəyib. Keçmiş deputat bildirilib ki, göstəriş Əli Həsənovdan gəlib. 

"Mən də ona görə  Əli Həsənovdan soruşmaq istəyirəm ki, onun mənimlə nə kimi düşmənçiliyi var idi ki, belə bir tapşırıq vermişdi? Mən çox istəyərdim ki, o, bu suallara cavab versin. Eldar Mahmudovun rolunu təəssüf ki, sübut edə bilmirəm, çünki onun hər hansı rəsmi hərəkətini görməmişəm. Amma Eldar Mahmudovun adamlarının gəlib mənim evimdə olması, axtarış aparılan zaman bu işlərdə iştirak etməsi məni belə bir fikirə gətirib çıxartdı ki, o da bu işdə var. Əgər mənim işimlə Bakı şəhər Prokurorluğu məşğul idisə, mənim evimdə MTN-in adamlarının nə işi var?”, - deyə Gülər Əhmədova əlavə edib.

Keçmiş deputat Əli Həsənovun onun suallarını cavablandırmasını tələb edir: "Mən istəyirəm ki, onlar cavab versinlər. Bəlkə deyəcəklər ki, bizim rolumuz yoxdur. Mənə bir insan olaraq onların mənimlə düşmənçiliyinin kökündə nə dayandığı maraqlıdır. Gərək, sənin bir adamla şəxsi düşmənçiliyin olsun ki, onu durduğu yerdə şərləyəsən. Niyə bunu edirdilər? Özləri də  gözəl bilirdilər ki, mənim bu işdə heç bir rolum yoxdur. Ortaya nə fakt qoydular? Yalnız şər və böhtan atdılar. Tirajladılar ki, Ramiz Mehdiyevin adamıdır. Əslində, ağıllı adamlar bunların boş söhbət olduğunu başa düşürdülər. MTN elə bir orqandır ki, hər kəsin telefonlarına, insanların harada görüşdüklərinə baxırlar”.  

Gülər Əhmədova deyib ki, başda Əli Həsənov olmaqla ona qarşı şər-böhtan kampaniyası aparılıb. "Əli Həsənov gəlsin və desin ki, mən o direktivləri verməmişəm, saytlara, jurnalistlərə material ötürməmişəm. Gəlsin və desin! Mən Azərbaycandayam. Həbsə belə düşsəm, heç vaxt heç yerə qaçmamışam. Ölkədən çıxışım açıq idi, amma getmədim, getmirəm. 8 ildir ki, işsizəm. Bütün ailəm işsizdir, amma yenə getmirəm və gözləyirəm ki, bunlar gəlsinlər və qanun qarşısında  konkret faktlarla danışsınlar. Çünki onların danışdıqlarının heç biri fakt deyil, hamısı quramadır. Əli Həsənov haradadır? Klinikada olduğunu deyirdi, klinikadan isə orada olmadığı deyilir. Ölkədən niyə çıxıb gedir. Gəlsin, günahı varsa, çəksin, yoxdursa da, bəraət alsın”, - deyə o vurğulayıb.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA