kanal14.az
kanal14.az

Sahibə Qafarova Türkiyədə səfərdədir - Foto

Sahibə Qafarova Türkiyədə səfərdədir - Foto
10-09-2020, 17:57 58 dəfə baxılıb

Sahibə Qafarova Türkiyədə səfərdədir - Foto

Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyətinin Türkiyəyə ilk rəsmi səfəri olub.

 

Kanal14.az bildirir ki, bu gün baş tutan səfərdə Azərbaycan nümayəndə heyətini Türkiyə Böyük Millət Məclisi sədrinin vəkili Süreyya Sadi Bilgiç qarşılayıb və onlar arasında görüş olub.

Tərəflər Azərbaycan və Türkiyə parlamenti haqqında fikir mübadiləsi aparıblar, hər iki ölkə arasındaki münasibətlərin yüksək səviyyədə inkişaf etdiyini bildiriblər.

S. Qafarova Azərbaycan Parlamentinin nümayəndə heyətini Türkiyə tərəfinə təqdim edib.

Qeyd edək ki, səfər çərçivəsində S.Qafarovanın bu gün Türkiyənin Ticarət naziri Rühsar Pekcanla görüşü də nəzərdə tutulub.

Səfər sentyabrın 12-də başa çatacaq.

Sahibə Qafarova Türkiyədə səfərdədir - Foto
(Yenisabah.az)






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA