Rusiya Xarici İşlər nazirinin müavini Polad Bülbüloğlu ilə görüşüb
Rusiya Xarici İşlər nazirinin müavini Andrey Rudenko Azərbaycan Respublikasının Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu ilə görüşüb.
Kanal14.az APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya XİN-in mətbuat xidməti məlumat yayıb.
Görüş zamanı ikitərəfli münasibətlər, beynəlxalq platformalardakı qarşılıqlı əməkdaşlıq, regional təhlükəsizlik, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələləri müzakirə edilib.