Siyasət / Dünya

Tramp İran siyasətini açıqladı: Prezident seçilsəm…

Yenidən prezident seçilsəm, İran və Şimali Koreya ilə sürətli şəkildə razılaşma əldə edəcəyəm.

Kanal14.az Axar.az-a istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.

"Əgər biz qalib gəlsək, İranla razılaşmanı çox sürətlə bağlayacağıq. Şimali Koreya ilə də hər şey sürətli olacaq. Əgər mən 2016-cı ildə prezident seçilməsəydim, artıq Şimali Koreya ilə savaşırdıq”, – deyə o bildirib.

Tramp Tehranın ABŞ-la razılaşma imzalamaqda maraqlı olduğunu söyləyib.

Qeyd edək ki, bu il 3 noyabrda ABŞ-da prezident seçkiləridir.