kanal14.az
kanal14.az

Ərdoğanla Putin Azərbaycan-Ermənistan gərginliyini müzakirə etdi – Yenilənib

Ərdoğanla Putin Azərbaycan-Ermənistan gərginliyini müzakirə etdi – Yenilənib
28-07-2020, 14:00 168 dəfə baxılıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

Kanal14.az bildirir ki, bu barədə "TASS” Türkiyə liderinin dəftərxanasına istinadən xəbər verib.

Bildirilib ki, tərəflər Suriya və Liviyadakı vəziyyəti müzakirə ediblər.

***

"Anadolu” agentliyi yazır ki, Ərdoğanla Putin Ermənistanla Azərbaycan arasında yaranmış gərginliklə bağlı müzakirələr aparıblar. Onlar ikitərəfli münasibətlər və regional məsələlər üzrə əməkdaşlıq və dialoqun davam etdirilməsi barədə razılığa gəliblər.

***

V.Putin R.T.Ərdoğanı və türk xalqını qarşıdan gələn Qurban bayramı münasibətilə təbrik edib. Bu barədə Kremlin Mətbuat Xidməti məlumat yayıb.

"Vladimir Putin Türkiyə Prezidenti və türk xalqını qarşıdan gələn Qurban bayramı münasibəti ilə təbrik etdi”, – məlumatda deyilir.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA