kanal14.az
kanal14.az

Cinayət törətməkdə şübhəli bilinən 51 nəfər saxlanılıb

Cinayət törətməkdə şübhəli bilinən 51 nəfər saxlanılıb
16-05-2020, 16:53 33 dəfə baxılıb

Fərid Şəfiyev: Ermənistanın hökumət başçısı tarixi faktları məqsədyönlü şəkildə təhrif edibBeynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev Ermənistanın baş naziri Nikol Paşinyanın bu gün keçirdiyi videokonfransda Azərbaycanda faşizmin qəhrəmanlaşdırılmasına dair səsləndirdiyi ittihamları şərh edib.Trend-in məlumatına görə, F.Şəfiyevin şərhində deyilir:"Ermənistanın Baş naziri Nikol Paşinyan mayın 16-da keçirdiyi onlayn konfrans zamanı faşizmin qəhrəmanlaşdırılması ilə bağlı Azərbaycanın ünvanına əks ittihamlar irəli sürüb. Bu saxta nitqlə bağlı aşağıdakıları qeyd etmək zəruridir:- İkinci Dünya Müharibəsi zamanı ermənilər SSRİ-nin digər xalqları ilə birlikdə faşizm əleyhinə mübarizədə iştirak ediblər. Bu, məsələnin digər tərəfidir və Ermənistan Azərbaycanı bu faktı təkzib etməkdə ittiham etməyə çalışır. Bu, qətiyyən düz deyil.- Azərbaycan rəhbərliyi, xüsusilə Prezident İlham Əliyev Ermənistanda faşistlərin ortağı Qaregin Njdenin qəhrəmanlaşdırılması fikirləri ilə çıxış edib. Bu danılmaz faktdır. Yerevanda onun şərəfinə abidə ucaldılıb.- Bu məsələ ilə bağlı problem əslində daha dərindir- Q.Njde erməni xalqının ali irq olması ideyasını irəli sürürdü və bu ideya nasizm ideyaları ilə uzlaşır. Onun 1930-cu ildə hazırladığı "tsexakronizm” konsepsiyası irqçilik nəzəriyyəsindən çıxış edir. Oxşar ideologiya müasir Ermənistanda da kök atıb və bu, ərazi genişləndirmə siyasəti, türklərə, azərbaycanlılara qarşı fobiya, erməni xalqının ali irq olması və 3 dənizin ortasında "Böyük Ermənistan” ideyalarının bir hissəsidir.- Nikol Paşinyan Azərbaycan Cümhuriyyətinin (1928-1920) ideoloji rəhbəri Məmməd Əmin Rəsulzadəyə istinad edərək onun nasistlərlə əməkdaşlıqda ittiham edib və onun Azərbaycanda qəhrəmanlaşdırıldığını bildirib. Burada Ermənistanın hökumət başçısı tarixi faktları məqsədyönlü şəkildə təhrif edib. Məmməd Əmin Rəsulzadə İkinci Dünya Müharibəsi zamanı SSRİ-dəki respublikaların mühacirətdə olan digər dövlət xadimləri kimi həqiqətən də Almaniyaya səfər edib, lakin nəticə etibarı ilə nasistlərlə əməkdaşlıqdan imtina edib. Bu, kifayət qədər bilinən faktdır.- O ki qaldı nasist Almaniyası tərəfdən döyüşən şəxslərlə, Azərbaycanda onlara abidə qoyulmur və qəhrəmanlaşdırılmır.- Nikol Paşinyanın səsləndirdiyi fikirlər yanıltma cəhdidir, məqsədyönlü şəkildə səsləndirilən yalan məlumatdır"(Trend.az).






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA