Siyasət

"Ermənistanda faşistlərin ideallaşdırılması həyati norma kimi qəbul edilir"

Ermənistanda faşistlərin ideallaşdırılması həyati norma kimi qəbul edilir. Qareqin Ndjeyə 6 metrlik abidənin qoyulması da bunun əyani sübutudur. Bu adam deyirdi ki, "Almaniya üçün ölən Ermənistan üçün ölür".

Kanal14.az bildirir ki, bunu Milli.Az-a Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi, politoloq İlyas Hüseynov söyləyib.

İkinci Dünya Müharibəsinində iştirak edən şəxslərin şəkillərinin paylaşılması və onların qəhrəmanlıqlarının təbliğatı uzun illərdir davam edir. 9 May - Qələbə günündə Ermənistanın Baş naziri Nikol Paşinyan da öz babasının şəkilini paylaşıb. Bununla da böyük qalmaqal yaşanıb. Çünki məlum olub ki, Nikol Paşinyanın babası, yəni böyük Nikol Paşinyan alman faşistləri tərəfdə SSRİ-yə qarşı vuruşub. Nikol Paşinyanın babasının 1943-cü ildə nasist Almaniya sıralarında, Qareqin Ndjenin SS legionunda vuruşması elə Ermənistan mətbuatı tərəfindən ifşa olunub və əhali tərəfindən böyük narazılığa səbəb olub.

İrəvanın mərkəzində faşist cəlladı, slman faşistlərinə Ndje ləqəbi ilə "xidmət etmiş" Qareqin Ter-Arutyunyana heykəl qoyulması da Ermənistanın faşist ideologiyasına xidmət etməsini sübut edir. Ermənistanda faşistlərin ideallaşdırılması həyati norma kimi qəbul edilir. Qareqin Ndjeyə 6 metrlik abidənin qoyulması da bunun əyani sübutudur. Bu adam deyirdi ki, "Almaniya üçün ölən Ermənistan üçün ölür". 

O bildirib ki, Ermənistanın hazırkı özünü demokratiya təmsilçisi kimi göstərməyə çalışan rəhbərinin də öz sələflərinin yolu ilə gedərək, faşist ideologiyasının təbliğatçısı qismində çıxış etməsinin əsl səbəbi indi tam şəkildə aydın olur:

"Bu gün İrəvanın mərkəzində ucaldılan 6 metrlik faşist cəlladının heykəlinin silueti bütün mənzərəni tam şəkildə ortaya qoyur. Belə ki, Paşinyanın SSRİ-yə qarşı döyüşən babası Nikolay Vartanoviç Paşinyanın da Tsexakronizmin əsasını qoyan Qareqin Ndjenin yanında SSRİ-yə qarşı xidmət etməsi balaca Paşinyana qarşı böyük silah kimi istifadə olunacaq. Çünki bu fakt həm Rusiya ilə münasibətlərə pis təsir göstərəcək, həm də ölkə daxilində müxalifəti hərəkətə gətirəcək".