Siyasət

Ukraynada yaşayan azərbaycanlıların daha bir təşkilatı yaradılıb

Ukraynada yaşayan azərbaycanlıların daha bir təşkilatı yaradılıb
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
 
 

Ukraynada azərbaycanlılardan ibarət daha bir gənclər təşkilatı yaradılıb.

Kanal14.az xəbər verir ki, paytaxt Kiyevdə yaradılan Ukrayna Azərbaycanlıları Gənclər Məclisinin ilk təsis yığıncağına Odessa və Xarkov şəhərlərindən gənclər də qatılıblar.

Təsis yığıncağı Azərbaycanın və Ukraynanın dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb. Vaqif Nağıyev səsvermə yolu ilə təşkilatın sədri, Azər Əliyev isə müavin seçiliblər.

Ukraynada azərbaycanlı gənclərin maraqlarını hökumətdə və beynəlxalq səviyyədə təmsil etmək üçün yerli gənclər təşkilatlarının yaradılmasının vacibliyini vurğulayan V.Nağıyev bildirib ki, təşkilat yerli ictimaiyyətə və mediaya ölkəmiz, xüsusilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin çatdırılması istiqamətində fəaliyyət göstərəcək. Həmçinin milli musiqimiz, mətbəximiz, adət-ənənələrimiz təbliğ olunacaq. Təşkilatın fəaliyyətinin əsas istiqamətlərindən biri də azərbaycanlı gənclərin Ukraynanın dövlət qurumlarına inteqrasiyasına töhfə verməkdir.

A.Əliyev çıxışında belə bir qurumun yaradılmasında göstərdiyi dəstəyə görə, Ukrayna Azərbaycanlıları Radasının həmsədri, Kiyev Azərbaycanlıları Konqresinin sədri Oleq Krapivinə təşəkkürünü bildirib. O deyib ki, Azərbaycan dövlətinin gənclərə dəstəyindən yararlanaraq ölkəmizin dünyada təbliğində yaxından iştirak etməliyik./AZƏRTAC


Ukraynada yaşayan azərbaycanlıların daha bir təşkilatı yaradılıb
Ukraynada yaşayan azərbaycanlıların daha bir təşkilatı yaradılıb