Siyasət

"ASAN ödəniş" sistemi "www.azexport.az" portalı ilə inteqrasiya olunacaq

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 11 fevral tarixli 463 nömrəli fərmanı ilə təsdiq edilmiş "ASAN ödəniş” sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə fərman imzalayıb.

kanal14.az Trend-ə istinadən xəbər verir ki, dəyişikliyə əsasən "ASAN ödəniş” sistemi haqqında Əsasnamə”yə aşağıdakı məzmunda 7.22-ci bənd əlavə edilir:

"7.22. "www.azexport.az” internet portalı vasitəsilə dövlət rüsumunun və digər ödənişlərin həyata keçirilməsi məqsədi ilə sistem portalla inteqrasiya olunur.”.