kanal14.az
kanal14.az

“AXCP-ni və Müsavatı bağlamaq lazımdı” – “Yeni Müsavat”ın redaktoru

“AXCP-ni və Müsavatı bağlamaq lazımdı” – “Yeni Müsavat”ın redaktoru
2-08-2019, 16:22 26 dəfə baxılıb

“AXCP-ni və Müsavatı bağlamaq lazımdı” – “Yeni Müsavat”ın redaktoru
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
 
"AXCP-ni və Müsavat Partiyasını buraxmaq lazmdı. Alınmadı də. Uğursuzluq oldu. Niyə özünüzü zorla girovluqda saxlayırsız? Atın bu yükü, məsuliyyəti üzərinizdən, canınız qurtarsın”.
 
Kanal14.az xəbər verir ki, bu sözləri "Yeni Müsavat” qəzetinin baş redaktor müavini Azər Ayxan öz feysbuk səhifəsində yazıb. 
 
Onun fikrincə, Müsavat partiyasının əsas hüquqi varisi "Yeni Müsavat” qəzetidir: "Müsavatın mənəvi-siyasi və hətta hüquqi varisi "Yeni Müsavat" qəzetidi. Milli azadlıq hərəkatının 30 ildi uğurla davam edən bu proyekti AXC-dən və Müsavat Partiyasından daha böyük işlər görüb və görməkdədir. Yəni demək istyəyirəm ki, Müsavat adını, irsini daşıyan bir tribuna, hüquqi şəxs var "Yeni Müsavat"ın timsalında. Ona görə də rahat ola bilərsiniz”.
 
A.Ayxan hesab edir ki, hər iki siyasi partiya tam sıradan çıxıb, qalıb onların rəsmən qapadılması: "Azərbaycanlılar istər məişətdə olsun, istərsə siyasətdə - yürüməyən bir şeyi zorla davam etdirməyə çox meyllidilər. Birgəlik alınmayanda rahat boşanmaq mədəniyyəti yoxdu. Boşanmalar dava-dalaşla olur əksər hallarda. Boşandıqdan sonra da qırğın çıxır keçmiş ər-arvad arasında. Sonu ölümlə, qətllə bitir bəzən. Yaxud, valideynlə övlad yola getmirlər, yenə bir çatı altında yaşamağa davam edirlər. Bir-birilərinin həyatlarını qara edirlər, fəqət uzaq dayanmırlar bir-birilərindən. "Sən yoluna, mən yoluma" düsturuna əməl etmir kimsə. Hamı bir-birinin yoluna çıxıb, "qəza" vəziyyəti yaradır. 
 
Siyasətdə də belədi. Yürüməyən, getməyən prosesi gedirmiş kimi göstərib, özünü və ətrafı aldatmaq, bezdirmək, dalaşmaq nəyə lazım? Məsələn, Azərbaycanda iki klassik siyasi təşkilat var ki, artıq onlar missiyalarını başa vurublar. Son 15 ildir, fiasko ilə üzləşiblər. Necə deyərlər, gəmiləri torpağa oturub. Siyasi erroziyaya məruz qalıb, hətta karkasları belə dağılmaq üzrədi bu təşkilatların.
 
AXCP və Müsavatdakı rəhbər heyət, orta təbəqə siyasi-psixoloji baxımdan sıradan çıxıb. Nəsə edəcək halları qalmayıb. Hətta təsadüfən əllərinə hakimiyyət keçsə, bu adamlar onu idarə etməyi bacarmayacaqlar”. (Bakupost)






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA