Siyasət

Araz Əlizadə: “Paşinyana ən yaxşı cavab torpaqları azad edib “get qarnını qaşı” deməkdir”

http://olke.az/uploads/1551765359/arazelizade.jpg
"Nikol Paşinyanın səsləndirdiyi ifadəyə görə, hər hansı ölkə yox, məhz Azərbaycan cavab verməlidir. Azərbaycan torpaqlarını işğaldan azad edib, Paşinyana da get qarnını qaşı deməlidir”.

 Bunu "Ölkə.Az”a açıqlamasında deputat  Araz Əlizadə  Ermənistanın baş naziri Nikol Paşinyanın İrana səfəri zamanı Azərbaycan əleyhinə səsləndirdiyi ifadələrə və bunun nəticəsi olaraq Azərbaycanla İran arasında yaranmış duruma aydınlıq gətirərkən deyib.

Onun sözlərinə görə, Paşınyana görə Bakı ilə Tehran arasında hər hansı gərginlik  müşahidə olunmur:

"Dövlətlər arasında gərginlik olanda bu notalarla müşahdiə olunur və yaxud rəsmilər tərəfindən bununla bağı şifahi formada fikirlər səslənir. Ancaq biz bu gün belə halların şahidi deyilik. Demək iki ölkə arasına hər hansı gərginlik mövcud deyil”.

Deputatın fikrincə, gərginlik Azərbaycan mətbuatınında və sosial mediada mövcuddur: " Bu da iki dövlət  arasındakı münasibətlərə təsir etmir. Deputatın, politoloqun, jurnalistin  səsləndirdiyi fikrin  dövləti münasibətlərə aidiyyatı yoxdur”.

 

Deputat əlavə edib ki, ümumiyyətlə Azərbaycan mətbuatında İrana  heç zaman  isti münasibət olmayıb:
 "Mən 1988-ci ildən siysətdəyəm  və indiyədək Azərbaycan mediasının İrana müsbət münasibətinin şahidi olmamışam. Xüsusən də Xalq Cəbhəsi yaranandan sonra. AXC şinelindən çıxmış insanlar,  Elçibəy və eyni dövrdə universitetdə dərs almış insanlar, onun ideyasının tərəfdarlarının  gözündə İran xoxandır”.
Ermənistan baş naziri Nikol Paşinyanın bir müsəlman ölkəsində Azərbaycana qarşı səsləndirdiyi  ifadələrə gəldikdə A.Əlizadə deyib ki,  bu məsələlərə görə İran cavab verməməlidir:

 "Paşinyanın cavabını Azərbaycan verməli və torpaqlarını işğaldan azad edib , ona konkret əməli ilə şapalaq vuraraq, indi get qarnını qaşı deməlidir.
Yeganə variant  budur. Bizim əvəzimizdə kimsə Paşinyanların ağzını yummayacaq. Bu bizim borcumuzdur və bunun da cavabını əməli şəkildə verməliyik”.