Siyasət

Minimum əməkhaqqının artırılması barədə qərar qüvvəyə mindi

http://olke.az/uploads/1551420313/maasmanat.jpg
 
Bu gündən Azərbaycanda minimum aylıq əməkhaqqının məbləği artırılıb.

Fevralın 8-də Prezident İlham Əliyev minimum aylıq əməkhaqqının artırılması və "Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 3545 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb.

 

Sərəncama əsasən, minimum aylıq əməkhaqqının məbləği 2019-cu il martın 1-dən 180 manat müəyyən edilib.