Siyasət

Bakıda Xəzərin hüquqi statusu müzakirə edilir

http://olke.az/uploads/1550556475/xezerstatus.jpg
 
Bakıda Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi qrupun ilk iclası başlayıb.

Toplantıda Nazirlər Kabineti Aparatının rəhbəri, Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi qrupda Azərbaycanın səlahiyyətli nümayəndəsi Xələf Xələfov, İran, Qazaxıstan, Rusiya və Türkmənistan təmsilçiləri iştirak edirlər. 

İclasda Konvensiyadan irəli gələn bir sıra məsələlər, eləcə də Aktau şəhərində baş tutmuş Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının beşinci zirvə toplantısının nəticələrinə dair müzakirələr aparılır. 

 

Qeyd ed\k ki, 2018-ci ilin avqustun 12-də Qazaxıstanın Aktau şəhərində "Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya” imzalanıb və beşinci Xəzər zirvə toplantısının Kommünikesi qəbul edilib. Bu sənədlərə əsasən, Konvensiyanın səmərəli yerinə yetirilməsi və Xəzər dənizində əməkdaşlığın nəzərdən keçirilməsi məqsədi ilə Xəzəryanı dövlətlərin səlahiyyətli nümayəndələrindən ibarət müntəzəm beştərəfli məsləhətləşmələr mexanizmi – Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi qrup yaradılıb.