Siyasət

ABŞ Arakan müsəlmanlarına zülmü soyqırım olaraq tanıdı

ABŞ Arakan müsəlmanlarına zülmü soyqırım olaraq tanıdı
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 ABŞ Nümayəndələr Palatası 2017-ci ilin avqust-sentyabr aylarında Myanma ordusunun Arakan müsəlmanlarına qarşı kütləvi cinayətlərini soyqırım olaraq tanıyıb.

"DogruXeebr.az” "Dunyabulteni.net”ə istinadən xəbər verir ki, qanun layihəsinə 394 lehinə, cəmi 1 əleyhinə səs verilib.

Palatanın üzvü Stiven Jozef Çabot tərəfindən təqdim edilən qanun layihəsində bütün siyasi məhkumların sərbəst buraxılması da istənilib.

Qeyd edək ki, Myanmadakı soyqırımda qeyri-rəsmi rəqəmlərə əsasən 20 minə yaxın müsəlman qətlə yetirilib. Nəticədə 700 minə yaxın arakanlı qaçaraq Banqladeşə sığınıb.