Siyasət

Milli Məclisin plenar iclası keçirilir - YENİLƏNİB

Milli Məclisin plenar iclası keçirilir - YENİLƏNİB
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Azərbaycan Milli Məclisinin plenar iclası başlayıb.

Noyabrın 30-da da davam etdiriləcək iclasın gündəliyinə 58 məsələ daxildir.

Deputatlar 2019-cu ilin dövlət büdcəsi layihəsini ikinci və üçüncü oxunuşda müzakirə edəcəklər.

Bundan başqa, "Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında", "Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında", "Bələdiyyələrin əraziləri və torpaqları haqqında", "Dərman vasitələri haqqında", "Avtomobil nəqliyyatı haqqında", "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında", "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında", "Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında", "Sığorta fəaliyyəti haqqında" və s. qanunlara, eləcə də Cinayət Prosessual, İnzibati, Mənzil, Vergi məcəllələrinə dəyişiklik layihələrinə də baxılacaq.

***11:08

Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək.
 noyabrın 27-də və 30-da keçiriləcək iclaslarda "Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında" qanun layihəsi ikinci oxunuş və üçüncü oxunuşlarda müzakirəyə çıxarılacaq.

İclaslarda həmçinin "Azərbaycan Respublikasında 2019-cu il üçün ehtiyac meyarının həddi haqqında" qanun layihəsi müzakirə ediləcək, o cümlədən "Büdcə sistemi haqqında", "Dövlət borcu haqqında", "Sosial sığorta haqqında", "Əmək pensiyaları haqqında" qanunlara dəyişikliklər, Azərbaycanla bir sıra ölkələr arasında sazişlərin təsdiq edilməsi müzakirəyə çıxarılacaq.

Ümumilikdə iclasların gündəliyinə 58 məsələ daxildir.