Siyasət

Paşinyan Bakının təklifini dəstəklədi

Paşinyan Bakının təklifini dəstəklədi
 
 
 
 
 
 

 
 
 
 
 
 
 

Ermənistan və Azərbaycan arasında hərbi əsirlərin əvəzlənməsi prosesi "hamının hamıya” prinsipi əsasında gerçəkləşdirilməlidir.

Kanal14.az Axar.az-a istinadən xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib. Onun sözlərinə görə, bu prinsip həm Qarabağ müharibəsi, həm də ona qədər olan dövrdə əsir düşənlərə aid edilməlidir:

"Hər kəs geri qaytarılmalıdır. Əgər gələcəkdə yeni adlar bəlli olarsa, onların mübadiləsinin problem olmaması üçün mexanizm yaradılmalıdır”.

O, hazırda itkin düşənlərin axtarışının aparıldığını bildirib.

Paşinyan 9 noyabrdan sonra 600 erməni əsgərinin cəsədinin toplandığını və onlardan 135-nin yaxınlarına təhvil verildiyini bildirib.

Qeyd edək ki, Azərbaycanda erməni əsirlər qat-qat çox olmasına baxmayaraq, "hamının hamıya” prinsipini təklif edən Bakıdır.